Şirkət haqqında

ESET şirkəti (www.eset.az) — beynəlxalq anitivirus proqram təminatı tərtibatçısı, kiber-cinayət və kompyuter təhdidlərindən müdafiə sahəsində ekspert - əsası 1992-ci ildə qoyulmuşdur. ESET-in baş qərargahı Slovakiyada yerləşir. Şirkət dünyada 180-dən çox ölkədə təmsil olunur. ESET məşhur, həm də yeni zərərverici proqramları aşkar etməyi və zərərsizləşdirməyə imkan verəcək hədələrin aşkar edilməsi texnologiyaları sahəsində təşəbbüsçüyə çevrilmişdir.

ESET şirkətinin Rusiyada və MDB-dəki nümayəndəliyi 2005-ci ilin yanvar ayında açılmışdır və dünyadakı mühüm strateji nümayəndəlikləri arasında ilk üçlüyə daxildir. ESET Russia biznesin prioritet sahələrinin inkişaf etidirlməsi ilə məşğuldur, Rusiyada və MDB ölkələrində ESET NOD32 antivirus məhsullarının təşviqatına və satışına nəzarət edir, habelə rəsmi qaydada kibercinayətlə müdafiə sahəsində konsaltinq və servis xidmətləri kompleksini təqdim edir (ESET Consulting). KOMKON və "Romir" tədqiqat şirkətlərinin məlumatlarına əsasən, ESET NOD32 öz məşhurluğuna görə Rusiyada ən yaxşı ikinci antivirus həlli qismində çıxış etmişdir və hər üçüncü kompyuteri məhz o qoruyur.Belədə 90% istifadəçilər öz dostlarına və tanışlarına ESET NOD32 məhsullarını tövsiyə edir.

ESET NOD32 brendi altında çıxarılan ESET antivirus həlləri nüfuzlu Britaniya jurnalı Virus Bulletinin yoxlamaları nəticəsində rekord sayda VB100 mükafatına layiq görülmüşdür. Habelə ESET NOD32 məhsulları Andreas Klimenti AV-Comparatives Avstriya laboratoriyasının ADVANCED+ və ADVANCED ən çox yüksək mükafatına layiq görülmüşdür. Adı çəkilən şirkətin yoxlamaları nəticəsində ESET NOD32 məhsulları təhdidlərin proaktiv aşkar edilməsi və iş sürəti baxımından rəqiblərini olduqca üstələməsi müəyyən edilmişdir.

Artıq Azərbaycanç Rusiya və MDB ölkələrində Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Zamin Bank, «IDRAK» Technology Transfer, Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Qazavtomatika” ASC, “Qazprom Mediya” ASC, “Qazprom Urenqoy Mədəni” MMC, “Qazprom Transqaz Kuban” MMC, “Alrosa” SK, “Çusovsk metallrugiya zavodu” ASC, “Penza birgə şirkəti” ASC, “MOEK” ASC, “MRSK Mərkəz” ASC, “Peterburq metropoliteni” DUM, Panasonic CIS, “Evraz” şirkətlər qrupu, “İnqosstrax” ASSC, Belarus Milli Bankı kimi iri qurum və beynəlxalq şirkətlər ESET müştəriləridir.