ESET Threat Intelligence şirkətinizə qarşı hazırlıq mərhələsində və ya artıq icra edilən potensial hədəfli hücumlar haqqında məlumat verir. Hədəfli hücumların hesabatı zərərverici hədəfli proqramlar, URL-ünvanlar, zərəverici kodlu lokasiyalar və onların fəallıq təfsilatlarını özündə daşıyır.
Sistem hər həftə olaraq şirkətinizin kompyuter parkının DDoS-hücumlarında və ya spam yayılmalarında potensial tətbiqini aşkar etmək üçün botnetlərin fəallığını əks etdirən hesabatı formalaşdırır. Həmin hesabat botnetlərin idarə olunmasında istifadə edilən komanda serverlərin siyahısı və zərərverici proqram təminatının məqsədlərini əks etdirir. ESET məhz sizin şirkətinizi və biznesinizi hədəfləyən kibertəhdidləri aşkar etmək üçün fərdiləşdirilmiş meyarları tətbiq edir.
Hədəfli hücumlar

- Zərərverici proqram təminatının mənbəyi
- Tapılan mütabiqlik və əlaqəli C&C serverləri
- ESET LiveGrid-də reputasiya
- Tapıntı haqqında məlumat
- Qumluq proqramının kodu
Botnetlərin fəallığı

- Konkret botnetlərdən istifadə edən zərərverici proqramlar növlərinin siyahısı
- Təhdidin aşkar edilməsi
- Cari və yeni C&C-serverləri
- Botnetlərin məqsədləri
- Son variasiyalar