Android üçün ESET Endpoint Security Android əməliyyat sistemi bazasında mobil qurğuların etibarlı antivirus müdafiəsini təmin edir, həmçininşirkət əməkdaşlarının smatrfonlarında və ya planşetlərində saxlanan korporativ məlumatların təhlükəsizliyi üçün bir sıra aləti daxil edir.
Zərərverici proqram təminatının aşkar olunması, həmçinin bütün əlavələrin, faylların, qovluqların və yaddaş kartının real vaxt rejimində yoxlanması.
Qeyd olunan texnologiya istifadəçiləri login və parolların, bank rekvizitlərinin, kredit kartlarının məlumatlarının və etibarlı vebsaytların saxta-fişinq saytları ilə əvəzlənməsi nəticəsində digər informasiyanın itməsindən qoruyur.
Ehtiyyatların qənaəti üçün qurğunun tam skan edilməsini onun ekranı bağlı olduğu enerji doldurma vaxtı planlaşdırmaq olar.
Etibarlı kontaktların və blok vaxtı sazlanması imkanı ilə istifadəçiləri xoşagəlməz zənglərin və SMS-spamdan qoruyur.
Məhsul mobil qurğular üçün tam təhlükəsizlik siyasəti sazlamağa imkan verir. Qeyd olunan siyasət yerinə yetirilmirsə, məhsul bu barədə sistem administratoru istifadəçisini məlimatlandırır, hamçinin lazımi dəyişiklər təklif edir.
Administrator ESET RemoteAdministrator məhsulu və ya SMS-məlumatlar köməyi ilə mobil qurğuya komandaları kənardan göndərə bilər.
Administrator mobil qurğuya və ya devayslar qrupuna sərbəst məlumatlar göndərə bilər.
Əgər mobil qurğu itirilmişsə və ya oğurlanmışsa, onu kənardan bloklamaq olar və blok olunmuş ekrana xüsusi məlumat (məsələn, mükafat haqqında informasiya ilə) çıxarmaq olar).
Əgər mobil qurğu itirilmişsə və ya oğurlanmışsa, administrator onu bloklaya bilər, səs siqnalını qoşa bilər, qurğunun olduğu yer haqqına məlumat ala bilər və ya yaddaşdan bütün məlumatları silə bilər.
25 ildən artıq ESET NOD32 zərərverici proqramlardan müdafiə üzrə məhsullar bazarında texnoloji liderdir.
ESET NOD32 texnologiyaları fasiləsiz olaraq bizim istifadəçilərimizin etibarlı müdafiəsi üçün təkmilləşir. Yüksək təhlükəsizlik dərəcəsi müstəqil ekspertlər tərəfindən təsdiq edilir
Texniki dəstək xidməti günboyu ESET NOD32 məhsulları üzrə zəruri yardım göstərəcəkdir