30 gün ərzində qeydiyyatdan keçmədən pulsuz antivirus yükləmək

ESET antivirus müdafiəsi kompleksinin demo versiyasını pulsuz necə yükləmək olar?

Əgər öz kompüter texnikanız üçün etibarlı antivirus proqramı axtarırsınızsa, o zaman sizə məsləhət görürük ki, bizim internet mağazamızın rəsmi saytına daxil olasınız. Orada antivirus müdafiəsi komplekslərinin geniş çeşidi təqdim olunur ki, bunlar da ölkəmizdə istifadə olunan bütün əməliyyat sistemləri ilə uzlaşır. Ən əsası isə, odur ki, bu proqramların hamısını pulsuz yükləmək və test rejimində istifadə etmək mümkündür. Təklif etdiyimiz bütün proqramların quraşdırılması və istismarı sadədir. Hansı antivirus proqramını seçirsinizsə seçin, onu cəmi bir neçə dəqiqə ərzində bizim saytdan yükləmək mümkündür.

Antivirus proqramının seçilməsi qaydaları

Müasir proqram müəllifləri çox sayda antivirus proqramları təklif edirlər. Bu bolluqdan insanın gözü qamaşır. Buna görə də, antivirus proqramının evdəki kompüterdə necə işləyəcəyini yoxlamaq və axtardığınız müdafiənin məhz bu olduğunu müəyyən etmək üçün onu bizim saytdan pulsuz yükləmək daha düzgündür. Bu sınaq nəticəsində aşağıdakıları dəyərləndirə bilərsiniz:

  • Virus hücumlarına qarşı müdafiənin etibarlılığını;
  • Hard diskdə quraşdırılmış digər proqram təminatı ilə uzlaşmasını;
  • Əlavə vasitə və imkanları;
  • Əməliyyat sisteminin istifadəçinin komandalarına verdiyi reaksiyanın sürətini və faylların yüklənmə sürətini.

Bizim saytımızda ESET NOD 32 antivirus proqramının son versiyasını, eləcə də internetə çıxışı olan kompüter texnikası və mobil cihazlar üçün digər antivirus müdafiəsi komplekslərini pulsuz yükləmək mümkündür. Sizin üçün optimal olan antivirusu tapdıqdan sonra onun test rejimində istifadə müddəti bitdikdə proqramı almaq üçün sadəcə onlayn sifariş vermək və istənilən əlverişli üsulla dəyərini ödəmək lazımdır. Daha sonra proqramdan daimi əsasla istifadə edə bilərsiniz. Bu zaman müntəzəm olaraq bizdən yeniləmələr alacaqsınız.

Yuxarı