Антивирус для Windows 8/8.1 ESET NOD 32

ESET NOD32 Smart Security Family

Ailədəki bütün cihazlar üçün kompleks müdafiə. İstənilən birləşmədə 5-ə qədər cihazların – kompyuterin, tabletin, smartfonun – qorunmasına imkan yaradacaq və ehtiva edir.

ESET NOD32 Internet Security

İnternet istifadəçilərinin bütün növ təhdidlərdən və xakerlərin hücumlarından maksimal müdafiə üçün kompleks antivirus həll.

ESET NOD32 Antivirus

Kompyuterin viruslardan, soxulcanlardan, troyan proqramlarından, cəsus, reklam və potensial təhlükəli PT-dan, eksploytlardan, rutkitlərdən və fişinq-hücumlardan baza müdafiəsi üçün tez və etibarlı həlli.

ESET NOD32 Start Pack

Təhlükəsizliyin baza komplekti. Kompyuterin müdafiəsi üçün bütün əsas komponentləri ehtiva edir və yetərli təhlükəsizlik səviyyəsini təmin edir.

Windows 8 əməliyyat sistemi üçün etibarlı antivirus seçirik

Windows 8 üçün antivirus proqramı – bizim internet mağazamızın populyar təklifidir. Biz öz kompüter avadanlıqlarını ümumdünya şəbəkəsindən gələn virus hücumlarına qarşı etibarlı şəkildə qorumaq istəyən hər kəsə bu proqramdan istifadə etməyi tövsiyyə edirik. Biz internet çıxışı olan kompüterlər, noutbuklar və mobil cihazlar üçün antivirus müdafiəsinin tam kompleksini təklif edirik. Aktual proqramların demo versiyalarının 30 gün müddətində müstəqil şəkildə sınaqdan keçirilməsi üçün pulsuz yüklənilməsinə imkan verən rəsmi saytımızda bu proqramlarla tanış olmaq mümkündür.

ESET şirkəti tərəfindən təqdim edilən Windows 8 üçün antivirus proqramının üstünlükləri?

Hard diskdə saxlanılan şəxsi məlumatların korlanmasına və ya silinməsinə səbəb ola biləcək zərərli proqramların yaranma riskini aradan qaldırmaq üçün antivirus adlanan xüsusi proqramlardan istifadə olunur. Bu proqramlar kompüterin, noutbukun və ya mobil qadcetin əməliyyat sistemini virus hücumları nəticəsində sıradan çıxmaq təhlükəsinə qarşı etibarlı şəkildə müdafiə edirlər.

Windows 8 üçün ESET NOD 32 antivirus proqramı stabil olaraq böyük tələbata malikdir. Bu proqram bütün dünyada öz kompüter texnikasını qorumaq istəyən çox saylı internet istifadəçiləri tərəfindən seçilir. Bu antivirus proqramının üstünlükləri aşkardır:

  • Sadə quraşdırma və istifadə;
  • İstənilən antivirus hücumlarının operativ şəkildə əks olunması;
  • Potensial təhlükəli saytların, yükləmələrin və şəbəkədən gələn digər hücumların dərhal blok olunması;
  • Zərərli və istifadə olunmayan faylların silinməsi ilə diskdə boş sahənin optimallaşdırılması;
  • Parol meneceri, valideyn nəzarəti və s. kimi əlavə funksiyaların olması.

Əgər siz hələ də hansı proqramı seçəcəyinizdən əmin deyilsinizsə, Windows 8 üçün antivirus proqramını yükləməyi və onun güclü cəhətlərini müstəqil şəkildə dəyərləndirməyi tövsiyyə edirik. Bizim saytımızda bu, tamamilə pulsuzdur. Əgər seçdiyiniz antivirus sizi tam qane edirsə, o zaman 20 günlük müddət bitdikdən sonra həmin proqramın əldə edilməsi üçün sifariş verə bilərsiniz.