Kompyuterinizin bir dəfəlik diaqnostikası və təhdidlərin aradan qaldırılması
BaşlamaqESET NOD32 Internet Security paketini yükləyin və 30 günlük pulsuz kompleks müdafiəni əldə edin
Sınaq versiyanı yükləAntivirus proqram təminatını quraşdırmadan istənilən kompyuterdən zərərverici proqram və faylların asan və cəld silinməsi üçün pulsuz vasitə.
ESET Online Scanner proqramını istənilən brauzerdən açıb yoxlanılacaq sahələri seçin. Skanlama əməliyyatına başlamaq üçün kompyuterinizə administrator hüquqlarına malik istifadəçi adı ilə daxil olmaq tələb olunmur və bu əməliyyatın kompyuterinizdə mövcud olan antivirusun fəaliyyətinə heç bir təsiri olmur.
Siz, kompyuterinizin əhatəli skanlanması və ya konkret qovluq, avtoyükləmə və yükləmə bölməsi daxil olmaqla müvafiq sahələrinin diaqnostikasını apara bilərsiniz. Diaqnostikadan sonra sizə yoluxmuş faylları silmək və ya bərpa üçün onları təhlükəsiz bölməyə keçirmək təklif olunacaq.
ESET Online Scanner vasitəsilə bütün növ təhdidlərin diaqnostikası mümkündür: virus, qurd, troyan və cəsus proqramları, fişinq və s. Bu günədək tanınan və tanınmayan yeni təhdidlərin proaktiv deteksiyası üçün ThreatSense texnologiyası və aktual siqnatur bazalarından istifadə olunur.
Kompyuterinizin maksimum müdafiəsi üçün – ESET NOD32 Internet Security. Kimi kompleks antivirus həllər mövcuddur. Onlar bir neçə mərhələli müdafiəni təmin edərək canlı rejimdə yoluxmanın qarşısını alır. Pulsuz yükləmək 30 günlük sınaq versiya